Moldovanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərini geniş işıqlandırıb.
“NOİ”, “Publika”, “Primerestiri” və digər xəbər portallarında rus və rumın dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü, o cümlədən Şarl Mişelin üçtərəfli görüşdən sonra mətbuat üçün bəyanatı barədə geniş məlumat verilib.
Məqalələrdə Şarl Mişelin bəyanatında Azərbaycan və Ermənistan arasında danışıqlara dair səsləndirdiyi detallar barədə ətraflı məlumat verilib.
AZƏRTAC
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır