24 may 2022 17:26
727

Qvineya-Bisau Prezidenti İlham Əliyevi təbrik edib

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, xalqınızın rifahı naminə ən xoş arzularımı yetirirəm.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.