24 may 2022 20:39
2907

 Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Prezident İlham Əliyev Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki,  sərəncamda deyilir:

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.