24 may 2022 20:42
1179

Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Prezident İlham Əliyev  Cavid Qəmbər oğlu Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki,  sərəncamda deyilir:

Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

 Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.