"Azərbaycan Avropa İttifaqı (Aİ) üçün vacib tərəfdaşdır".
“İki sahil” xəbər verir ki, bunu Estoniya Parlamentinin sədri Yuri Ratas "Facebook"da Azərbaycana üç günlük səfərinin yekunlaşması ilə bağlı paylaşımında bildirib.
"Azərbaycan və Estoniya arasında qarşılıqlı əlaqələrin saxlanılması çox vacibdir. Mən Azərbaycana səfərim çərçivəsində Prezident, Parlament spikeri, Baş nazir və digər nazirlərlə mühüm görüşlər keçirdim. Azərbaycan həmçinin Avropa İttifaqı üçün vacib tərəfdaşdır, neft və mavi yanacaqla bağlı defisiti nəzərə alsaq istilik mövsümü gəlməzdən qabaq Azərbaycan bu istiqamətdə Aİ-yə əməkdaşlıq təklif edən ölkədir.
Həmçinin bütün görüşlərdə Ukraynaya və onun ərazi bütövlüyünə dəstək ifadə olunub. Mən Azərbaycandakı dostlarımıza bu qəbula görə minnətdaram və əminəm ki, bizim əlaqələrimiz daha da güclənəcək", - sədr deyib.
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib