26 may 2022 12:05
629

İsveç Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İsveçin Kralı XVI Karl Qustav Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm”.