26 may 2022 14:17
679

Ukrayna səfiri Bakıda “Baykar” şirkətinin rəhbərliyi ilə görüşəcək

Bakıda keçirilən “Texnofest” çərçivəsində “Baykar” şirkətinin rəhbərliyi ilə görüş nəzərdə tutulub.

Bunu “İki sahil”ə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

O, əməkdaşlığın davam etdirilməsi ilə bağlı bəzi məsələləri müzakirə edə biləcəyinə ümid edib.

"Texnofest"in bizim üçün öz xüsusi önəmi var. Avadanlıqları Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə kömək edəcək şirkətin rəhbərliyi ilə qeyri-rəsmi söhbət etmək istərdim", - səfir qeyd edib.