26 may 2022 15:29
601

Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri hesab edir

"Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığı özünün xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir".

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Afrika Gününə həsr olunan "Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu" adlı konfransda deyib.

"Azərbaycan Afrika ölkələrinin inkişafı üçün maliyyə yardımları edir, oradakı qızların təhsil almasına kömək göstərir. Afrikalı tələbələr Azərbaycanda Azərbaycan hökumətinin təqaüdü ilə təhsil alır", - nazir bildirib.

C.Bayramov söyləyib ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ilbəil genişlənir: "Məqsədimiz Azərbaycan və Afrika ölkələri arasında münasibətlərimizi diversifikasiya etməkdir. Qoşulmama Hərəkatına üzv ölkələr arasında, o cümlədən Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk".