Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə xüsusi xalça hazırlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.
“Diplomatik əlaqələrimizin 30 illiyi üçün hazırlanmış xüsusi xalça 1 iyunadək nümayiş olunacaq”, - paylaşımda bildirilib.