27 may 2022 21:17
957

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyinin və Aİ səfirləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, Tviter paylaşımında məlumat verib. 

“Brüssel sülh gündəliyinin davamı olaraq Aİ-nin nümayəndəliyi və Aİ-nin Bakıda akkreditə olunmuş səfirləri ilə səmərəli görüşümüz və fikir mübadiləsimiz oldu”, - paylaşımda qeyd olunur.