28 may 2022 10:57
810

Rəsmi Tbilisi: Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəyik

"Biz Azərbaycanla güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk və regionumuzda sabitlik və firavanlığa nail olmaq üçün onu möhkəmləndirəcəyik".

“İki sahil” xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin təbrikində yer alıb.

"Gürcüstanın əsl dost, yaxın qonşu və tərəfdaşı olan Azərbaycanı xüsusi bayram - Müstəqillik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.