28 may 2022 13:43
888

Serbiya XİN: Azərbaycan vətəndaşları çox xoşbəxtdirlər

Serbiya Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanı təbrik edirik. Azərbaycan vətəndaşları çox xoşbəxtdirlər”, - məlumatda bildirilib.