28 may 2022 15:43
932

Ərdoğan: Azərbaycanın Müstəqillik Günündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm

“Sizləri səmimi qəlbdən salamlayıram. Can Azərbaycanın Müstəqillik Günündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm. Müstəqillik Gününüzü canı-qəlbdən təbrik edirəm”.

“İki sahil” xəbər verir ki,  bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, şəhidləri rəhmət və hörmətlə yad edir: “Allah bizi şəhidlərimizin müqəddəs yolundan ayırmasın”.