“Müzəffər Ali Baş Komandan İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Müstəqillik Günü ərəfəsində növbəti dəfə işğaldan azad olunmuş ərazilərimizə səfər etdilər. Səfər çərçivəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında odular və bir sıra infrastruktur layihələrinin açılışında, təməlqoyma mərasimlərində, o cümlədən burada həyata keçirilən böyük yenidənqurma və bərpa işlərində yaxından tanış oldular. Prezident cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində pilot layihə olan “Ağıllı kənd- Ağalı kənd” layihəsinin ilkin mərhələsininilkin mərhələsinin açılışında ictiamiyyətlə görüşdə vacib məqamlara toxundu, mühüm mesajlar verdi.”
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, ölkə başçısı Azərbaycanın Müstəqillik Günü ilə bağlı qeydlərini edib: “Çar Rusiyasının dağılması nəticəsində 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Dövrün ictimai-siyasi vəziyyəti elə gətirdi ki, birinci respublika sadəcə 23 ay yaşadı və süqut etdi. Əlbəttə ki, dövlət başçımız İlham Əliyev və ümumlikdə xalqımız hər zaman Cümhuriyyət qurucularının xatirələrini daim ehtiramla yad edirlər. Ölkə başçısı onu da qeyd etdi ki, Xalq Cümhuriyyəti yaranandan bir gün sonra Azərbaycanın tarixi torpağı olan İrəvan Ermənitana verildi. Sovet İmperiyası yaranandan sonra da heç bir əsas olmadan 1920-ci ilin noyabr ayında Azərbaycanın bir digər tarixi torpağı olan Şərgi Zəngəzur bizdən qoparılaraq Ermənistana birləşdirildi. Azərbayncan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yenidən onu itirmək təhlüksəsi ilə üz-üzə idi. 1991-1993-cü illər ölkəmiz üçün ən ağır,ən acınacaqlı illər idi. Ölkədə xaos, anarxiya,özbaşınalıq, vətəndaş qarşıdıurması, iqtisadi tənəzzül, ölkəmizin parçalanma astansında lması, eyni zamanda, ermənilərin torpaqlarımızı işğal etmələri dövrün nə qədər çətin olduğunun göstəricisidir. Bizim əsl müstəqilliyimiz 1993-cü ildən başladı. Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etməyə başladı və bununla da Azərbaycan əsl müsqətil həyatı yaşamağa başladı.”
“Bu gün artıq Azərbaycan çox güclü, qüdrətli ölkədir”- deyə vurğulayan C. Osmanov onu da qeyd etdi ki, ölkə başçısı İlham Əliyev iqtisadiyyatımızı daha da gücləndirə bildi. “Heç şübhəsiz hər kəs 44 günlük Vətən müharibəsindən sonra da bildi ki, bu gün güc amili ön plandadır. Biz daha güclü, daha da qüdrətli olmalıyıq ki, hər zaman özümüzü qoruya bilək və eyni zamanda dünyadakı nüfuzumuzu saxlaya bilək. Bu gün Azərbaycan diqtə edən tərəfdir. Dünyanın bir çox yerində qlobal güclərin qarşı-qarşıya gəldikləri bir məqamda Azərbaycan məhz düzgün yürüdülən siyasət nəticəsində sabitlik və təhlükəsizlik adasına bənzəyir. 44 günlük Vətən müharibəsindən sonra işğalçı Ermənistan daha da acınacaqlı vəziyyətə düşdü. Bu,əlbəttə onların işğalçılıq siyasətlərinin məntiqi nəticəsidir. Ermənistan nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən orta səviyyəli belə dövlət sayıla bilməz. Ölkə başçısı postmünaqişə dövrünə də toxundu və qeyd etdi ki, postmünaqişə dövrünün gündəliyini Azərbaycan diqtə edir. Heç şübhəsiz sonuncu Brüssel görüşü dü bunun bariz nümunəsidir. Ermənistana təklif olunan beş baza prinsipi və Azərbaycanın yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul olunur və Brüssel görüşündən sonra da Zəngəzur dəhlizinin artıq yaxın gələcəkdə reallaşacağını qeyd etmək olar. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub”
Nilufər Mustafaqızı, "İki sahil”