28 may 2022 20:11
806

Səfir: Bu əməkdaşlıq iki xalqı yaxınlaşdıracaq

"Polşanın "LOT" aviaşirkətinin Varşava-Bakı-Varşava reysini açması Azərbaycanla bu ölkə arasında iqtisadi əlaqələri genişləndirəcək".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib.

"Bu əməkdaşlıq iki xalqı yaxınlaşdıracaq, biznes missiyalarını artıracaq, işgüzar əlaqələri genişləndirəcək. Səfirlik olaraq iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün işimizi davam etdirəcəyik", - deyə o, qeyd edib.