28 May - Müstəqillik Günü münasibətilə Ankaranın simvollarından olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.
"İki sahil" xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunub, həmçinin türk və ingilis dillərində “Azərbaycan Müstəqillik Günün mübarək olsun” sözləri yazılıb.