Azərbaycan Xarici İşlər Nazirliyi Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tviterdə paylaşım edib.
“İki sahil”in məlumatına görə, paylaşımda qeyd edilib:
“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”.