30 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Bolqarıstan Respublikasına yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün keçirilməsi, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.