30 may 2022 18:17
638

ABŞ-ın Energetika Resursları Bürosunun rəsmisi Azərbaycanda səfərdədir

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycana səfərə gəlib.

“İki sahil” ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 2-dək davam edəcək səfər çərçivəsində L.Lokman hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də Bakı Enerji Həftəsinda iştirak edəcək.