31 may 2022 13:57
772

Böyük Britaniya səfiri azad edilmiş ərazilərin sürətlə bərpa edilməsini görməkdən məmnunluğunu bildirib

"Bir çox Böyük Britaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edir".

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Kəlbəcərdə jurnalistlərə bildirib.

O ölkəsinin minatəmizlənməsi məsələsində UNDP-ni maliyyələşdirdiyini, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) texniki dəstək verdiyini vurğulayıb.

Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sürətlə bərpa edilməsini görməkdən məmnun olduğunu deyib.