01 iyun 2022 16:32
869

İnternet TV, yoxsa xəyanət generatorları?

Son vaxtlar bəzi internet TV-lər və onların “rəhbərcikləri” ictimaiyyətin müsakirə mövsuzuna çevrilib.  Bu da təsadüfi deyil. Təbii ki, milli maraq və mənafeləri antiazərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan daldalanaraq müxtəlif xarici xidmət orqanlarının toruna düşən bu başıqpozuq dəstənin üzvləri bu gün Avropanın müxtəlif ölkələrində daldalanaraq azərbaycan əleyhinə şər-böhtan kampaniyası aparırlar.

Gəlin bir məsələyə diqqət edək. Belə ki, yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov bu yaxınlarda mətbuata verdiyi müsahibəsində onunla birlikdə əsir düşmüş Şahbaz Quliyevlə bağlı ciddi ittihamlarla çıxış etmişdi. D.Əsgərov bəzi intrenet Tv rəhbərlərini Şahbaz kimi məsuliyyətsiz, avara adama tribuna verdiklərinə görə qınayıb və bildirib ki, bununla o, Ermənistanın Azərbaycana qarşı olan ittihamlarına bir növ haqq qazandırıb, onların mövqelərini gücləndirib: “Şahbaz deyir ki, guya erməni uşağını mən öldürmüşəm. Belə bir şey olmayıb. Şahbazı danışdırmaqla nəyə nail olmaq istəyirsən? Avropanı bizim üzərimizə qaldırmaq sənin nəyinə lazımdır?”

 Yaxşı olardı ki, həmin internet TV-lərin rəhbərləri Şahbaza başqa suallar verərdilər. Bu adam erməni əsirliyində olarkən ona verilən işgəncələrdən bəhs edərdi. Təbii ki, bu məsələlər həmin internet TV rəhbərlərinə sərf etmir. Şahbazın əsirlikdə qaldığı müddətdə ailəsinin dağılmasına görə təcavüzkar Ermənistanı yox, Azərbaycanı günahlandırması isə nə məntiqə, nə gercəkliyə, nə də abır həyaya sığmır. Şübhəsiz, Şahbaz bu burada bir vasitədir. Əsas məqsəd isə onun dili ilə Azərbaycanın ittiham edilməsidir. Bu məsələnin pərdəarxası isə hamımıza məlumdur. Heç kimə sirr deyil müxtəlif xarici fondların, hətta erməni lobbisinə yaxınlığı ilə seçilən bəzi beynəlxalq təşkilatların gizli maliyyəsi ilə fəaliyyət göstərən bir çox internet TV-lərin əsas məqsədi anti-Azərbaycan kampaniyası aparmaqla beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək, onu gözdən salmaqdır. Anti-Azərbaycan şəbəkənin əlaltısı missiyasını canla-başla yerinə yetirən bu internet TV-çilər təmsilçiləri absurd teatrında öz rollarını məharətlə oynamaqda davam edirlər.  

Bu gün Avropanın müxtəlif şəhərlərində ölkəmizin əleyhdarları olan dairələrin quyruq bulayanları Tural Sadıqlı, Azər Kazımzadə, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı kimilər də məhz belələrindəndirlər. Bu üzdəniraqlar ermənipərəst şəbəkələrin dilənçi payı ilə respublikamıza qarşı şər-böhtan, qarayaxma piarı ilə məşğul olurlar. Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, Vətənə məhəbbət hissindən uzaq olan belələri zombiləşərək köləcəsinə öz ölkələrinə düşmən kəsilirlər. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalqımız yaxşı tanıyır, onların kimlərə, hansı məkrli məqsədlərə xidmət etdiklərini də yaxşı bilir. Məhz bu reallıqdan çıxış edən ictimaiyyətimiz dağıdıcı müxalifət funksionerlərinin, eyni zamanda, xaricdəki “söyüş müxalifəti”nin  qanunvericilik  çərçivəsində cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir. Vətən çörəyi belələrinə haram olsun…

Zahid Rza, “İki sahil”