01 iyun 2022 18:04
590

FAO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edirəm.

Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".