02 iyun 2022 11:18
775

Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşaya səfər edəcək

ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşaya səfər edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.

Rektor qeyd edib ki, Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşada erməni vandallığı, törədilən dağıntılarla tanış olacaqlar.