02 iyun 2022 12:02
970

TBMM sədri: Ermənilərin mədəniyyət, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır

“Azərbaycanın 28 il işğal altında qalan torpaqlarının azad olunmasının 2-ci ilini qeyd edəcəyik”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, təxminən 30 davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına konqres çərçivəsində alimlər tərəfindən diqqət çəkiləcək: “Qarabağ yaralarını yeni-yeni sarmağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var. Mən də azad olunan torpaqlara gəlməzdən öncə Şuşa, xüsusilə Füzuli barədə nələrsə bildiyimizi düşünürdüm. İlk səfərimizdə Şuşanı gördük. Mən amma Füzulini görmək istəyirdim. Şuşadan qayıdanda bir yerdə durduq. Mən də deyirəm ki, biz Füzulini görmək istəyirik. Dedilər ki, bu xarabalıqlar Füzulidir. Biz isə şəhər gözləyirdik. Erməni vəhşiliyini, onların nə qədər qəddar, mədəniyyət, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin yönəldilməsi baxımından da Qarabağa səfərlər çox vacibdir”.