02 iyun 2022 18:36
1057

Üçtərəfli İşçi Qrupun növbəti iclası sabah Moskvada keçiriləcək

Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.

“İki sahil” News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi açıqlama verib.

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşmışdı.