Bu gün Belçikanın paytaxtında Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbəti qurultayı açılır.
“İki sahil” xəbər verir ki, tədbirə Avropanın AAK-a daxil olan çoxsaylı diaspor təşkilatlarının nümayəndələri qatılacaq. Tədbir iştirakçıları hesabat dövrü ərzində görülmüş işlərə yekun vuracaq və növbəti dövr üçün planları müəyyən edəcəklər.
Qurultayın işində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edirlər.