Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.