06 iyun 2022 11:13
1040

Milli Məclisin komitələri Şuşada birgə iclas keçirəcəklər

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşa şəhərində komitələrin birgə iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, iyunun 11-də Şuşa şəhərində parlamentin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə toplantısı baş tutacaq.

Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək.