08 iyun 2022 18:16
1012

Ölkəmizdə inklüziv təhsilin təşkili qaydası hazırlanacaq

Azərbaycanda inklüziv təhsilin təşkili qaydası hazırlanacaq.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişikliyin tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabinetinə inkluziv təhsilin təşkili qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.