08 iyun 2022 20:08
938

ABŞ dövlət katibinin köməkçisi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ümid var

Hazırda Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesində irəliləmək imkanına malikdirlər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.

Karen Donfrid deyib ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh yolu ilə nizamlama istiqamətində irəliləyişə həqiqi ümid var: “Biz görürük ki, hər iki tərəf mühüm addımlar atır. ABŞ bunu çox ciddi şəkildə təqdir edir”.