09 iyun 2022 16:24
706

Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq

Biz qonşularımız, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Biz təbii ki, Azərbaycanın bu mövzuda irəli sürdüyü təklifləri bilirik, sizin kağız üzərinə qoyduğunuz təklifləriniz barədə də bilirik. Rusiya qarşılıqlı razılığın əldə olunmasına töhfə vermək üçün üzərinə düşəni etməyə hazırdır. Dediyim kimi, bütün razılaşmaların tam icrasına yönəlmişik”, - o deyib.