Gədəbəydə "Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi" adlı konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, konfransda Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon prokurorluqlarının məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri düzüblər.
Daha sonra Heydər Əliyev mərkəzində konfrans başlayıb.
Qeyd edək ki, Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransda Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev də iştirak edir.