11 iyun 2022 13:13
1035

Ulu Öndər Heydər Əliyev-Qızıl hərflərlə tarix yazan Böyük Şəxsiyyət.

Qədim tarixi kökü olan Azərbaycan xalqının zaman-zaman yetişdiriyi böyük şəxsiyyətlər olmuşdur. Xüsusilə qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın qurucusu olan dahi Heydər Əliyev Uca Tanrının XX əsrdə  xalqımıza bəxş etdiyi ən böyük tarixi şəxsiyyətdir. Ulu öndərin hələ Sovet dönəmində Azərbaycanın suverenliyi və müstəqilliyi naminə olan misilsiz xidmətləri xalqımızın qəlbində silinməz, dərin izlər buraxmışdır.1988-1993-cü illər çərçivəsində doğma ərazilərimiz işğala məruz qalır, xalqımıza qarşı amansız işgəncələr tətbiq olunur və nəticədə ölkə parçalanmaq təhlükəsi altına qalırdı. Əgər ümummilli lider Heydər Əliyev xalqımızın düzgün seçimi, təkidli tələbi ilə siyasi hakimiyyətə yenidən qayıtmasa idi erməni vandallarının işğalı nəticəsində bizim bütün torpaqlarımız tamamilə zəbt olunacaq və bugünkü müstəqil Azərbaycan dövləti də var olmayacaqdı. Əfsuslar olsun ki, o zamanki rəhbərliyin səriştəsiz fəaliyyəti nəticəsində həmin neqativ siyasi proseslər ölkədə cərəyan edir və bizim soydaşlarımız günahsız yerə işgəncələrə məruz qalır, öz həyatını itirirdilər. Böyük fərəh hissi ilə demək olar ki, 15 iyunu-Tarixi günü qeyd etmək hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki qədim tarixi köklərə uzanan Azərbaycan dövləti 1988-1990-cı illərdə dünya arenasında növbəti gərgin siyasi mübarizəsini yaşayırdı. Həqiqətən də belə gərgin vəziyyətdə Azərbaycan dövlətinə vətənpərvər, milli ruhlu, tariximizi dərindən bilən, qətiyyətli lider olmaqla yanaşı uzaqgörən, dünyada gedən siyasi gedişləri diqqətlə izləyən və ən önəmlisi xalqın sevdiyi, taleyini etibar etdiyi güclü lider lazım idi. Xalq isə özünün yeganə çıxış yolunu haqlı olaraq ümummilli liderimiz Heydər Əliyevin siyasi idarə etməsinə təslim etdi. Bununla da Azərbaycan dövlətinin müstəqilliyinə olan təhlükə birdəfəlik olaraq yekunlaşdı. Ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edən qüvvələr Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq xalqımızın böyük oğlu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər.

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Bütün dünyanın izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqında böyük ümidlər yaratdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, onu qoruyub, inkişaf etdirmək daha vacib öhdəlik idi. Bu Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi, milli dövlətçiliyimizin konsepsiyası yaradıldı. Belə ki, bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. 1993-cü ilin iyunun 21-də bir sıra ölkələrin diplomatları ilə görüşlər keçirərək bu sahədə yürüdülən siyasət Respublikanı informasiya blokadasından çıxartdı. Dünya arenasında ölkəmizlə bağlı olan fikirlər dəyişdi. Məhz belə bir siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, böhrana son qoyuldu. Xalqımız Azərbaycan və Azərbaycançılıq ideyaları ətrafında birləşdi. Bütün sahələrdə tərəqqi və dirçəliş baş verdi. Eyni zamanda təhsil, mədəniyyət, səhiyyə, idman və digər bütün sferalarda böyük dönüş yarandı.Saysız-hesabsız uğurlara imza atıldı.Əsrin müqaviləsi kimi böyük layhiələr həyata keçirildi və ölkəmizin 1995-ci ildə konstitusiyası qəbul edildi ki, bu da vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunmasında aparıcı rol oynadı. Bir sözlə Azərbaycan sivil dövlətə çevrildi. 

Bu gün Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Q ələbənin və digər sahələrdə qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilən siyasi kurs və doğma Partiyamızın Sədri, Ölkə Prezidenti  cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ona görə də bu möhtəşəm, uğurlu Azərbaycan tarixini izləyən gənclərimiz əmindir ki, müstəqil Azərbaycan gələcəkdə də dahi Heydər Əliyev ideyaları işığında dövlətimizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edərək, böyük nailiyyətlərə imza atacaqdır!

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatınn sədri