15 iyun 2022 10:37
425

Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyimiz qorundu - Mikayıl Cabbarov

“15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti, zəngin dövlətçilik təcrübəsi, Vətənə sonsuz sevgisi sayəsində müstəqilliyimiz qorundu, milli birliyimiz təmin edildi, hərtərəfli inkişafın əsası qoyuldu”.

“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edib.

“Müasir tariximizin bu əlamətdar günü münasibətilə hər kəsi təbrik edirəm”, - deyə o əlavə edib.