15 iyun 2022 13:13
763

Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib

Xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. "Bir millət, iki dövlət" şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi!”