15 iyun 2022 18:31
729

Rusiyada dərman preparatları 6-9 aylıq qalıb

“Rusiyada güzəştli vətəndaşlar və stasionar müəssisələr üçün dərman preparatları ehtiyatı 6-9 aylıq qalıb”.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Viktor Fisenko Sankt-Peteburq Beynəlxalq İqtisadi Forumunda “Dərman təhlükəsizliyi” toplantısı çərçivəsində bildirib.

Onun sözlərinə görə, dərman preparatları davamlı monitorinq zonasına daxildir: “Bizdə ambulator seqmentdir. Stasionar çərçivədə dövlət satınalması indi təmin olunur”.

Qeyd edək ki, forum iyunun 18-dək davam edəcək.