15 iyun 2022 17:51
3415

Azərbaycan çox unikal regionda yerləşir

“Azərbaycanın bərpa olunan enerji ilə bağlı böyük potensialı var”.

“İki sahil” xəbər verir ki,  bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında “Exxon-Mobile” şirkətinin sabiq vitse-prezidenti Jean Baderşnayder bildirib. Onun sözlərinə görə, Azərbaycan çox unikal regionda yerləşir: “Ölkənin günəş, külək enerjisi üçün imkanları böyükdür. Azərbaycan hidro haba çevrilə bilər”.

O qeyd edib ki, ölkənin enerji resursları onun siyasi, iqtisadi asılılığını aradan qaldırır.