16 iyun 2022 13:49
641

Minsk formatı əhəmiyyətini artıq itirib - Marqvelaşvili

“Rusiya və Ukrayna arasında gedən müharibə bütün regionumuza təsir edir. Və, düşünürəm ki, Bakı Qlobal Forumunun proqramı çərçivəsində qoyulan suallara cavab tapmağımız həm Azərbaycan, Gürcüstan və ümumiyyətlə bütün Avropa üçün əhəmiyyətlidir”.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili deyib.

“Bakı Qlobal Forumu mənim üçün xüsusi bir platformadır, burada fərqli ölkələrin liderləri arasında çox açıq şəkildə müzakirələr və fikir mübadiləsi olur. Bu forum mənim üçün hər iştirakım zamanı mənə fərqli perspektivlərdən cavablar verir”, - o deyib.

Prezident İlham Əliyevin Bakı Qlobal Forumunda çıxışını şərh edən Georgi Marqvelaşvili vurğulayıb ki, Prezidentin sülh məsələsi ətrafında danışdıqları çox maraqlı idi: “Bu məsələ Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, biz hərbi münaqişələrin bir çox mərhələlərindən keçmişik. Prezidentin dediyini, Gürcüstanı sülh proseslərinə daha aktiv şəkildə cəlb edilməsini, Tbilisi formatının yaradılmasını qeyd etmək istərdim. Fikrimcə, Minsk formatı, təbii ki, əhəmiyyətini artıq itirib. Məncə, sual ondan ibarətdir ki, bu illər ərzində biz Tbilisi formatını niyə istifadə edə bilməmişik? Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar, digər tərəfdən isə Ermnənistanla da yaxşı münasibətlərimiz var. Bütün bunları nəzərə alaraq demək olar ki, Tbilisi formatı qarmışımızda dayanana konkret suallara fokuslanmış neytral, lokal, həm də Qafqazının özünün formatı olardı”.