16 iyun 2022 17:11
527

BMT-nin qətnamələri vetoya məruz qalmamalıdır

Qlobal təhlükəsizlik böyük problem kimi dünyanı ciddi narahat edir. İslahatların vaxtıdır. Artıq Qərb gözünü açıb hər şeyi görür. BMT-nin qətnamələri yerinə yetirilmir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal IX Qlobal Bakı Humanitar Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclasında söyləyib.

Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Turki Al Faysal qeyd edib ki, BMT-nin qətnamələri vetoya məruz qalmamalıdır.