"Türkiyə və Ermənistan arasında normallaşma prosesi istiqamətində addımlar atılıb, xüsusi nümayəndələrin görüşləri artıq baş tutub. Biz də istəyirik ki, Ermənistanla münasibətlər normallaşsın, sərhədlər açılsın, etimad yaransın. Ancaq düşünürəm ki, bu bir müddət zaman alacaq".
“İki sahil” xəbər verir ki, bunu IX Qlobal Bakı Forumunda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin panel müzakirəsində deyib.
Eks-nazir Azərbaycan torpaqlarının işğal olunduqdan sonra Türkiyənin Ermənistanla sərhədlərini bağladığını xatırladıb.
Hikmət Çətin Ermənistan hələ də ərazisindən Azərbaycana dəhliz verməyib. O bu məsələnin həll olunmalı olduğunu qeyd edib.