Cavid Osmanov: Azərbaycan multikultural və tolerantlıq mühitinin inkişaf etdiyi bir ölkədir
"Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman dini məbədlərin təmirinə, bərpasına, yenidən qurulmasına böyük diqqət və qayğı göstərmişdir. Bu, din sahəsində dövlətin ən prioritet məsələlərindən biridir."
Bu sözləri “İki sahil”ə açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, istər İslam dininə aid məscidlərin yenidənqurulması, bərpası, yenidən tikintisi, istərsə də Azərbaycan multikultural ölkə olduğu çün burada olan bütün digər dini məbədlərin qorunmasına da böyük diqqət və qayğı göstərilir və vünya üçün dünya böyük bir nümunədir: “Ölkə başçısının Məkkəyə ziyarəti, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən 30 il müddətində darmadağın edilmiş dini məbədlərin bərpası və təmir edilməsi ölkəmizdə bu sahənin necə prioritet olmasına bariz nümunədir. Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ağdamda, Şuşada və işğaldan azad edilmiş digər torpqlarımızda dini məbədlərimizi ziyarət etdiklərini dəfələrlə müşahidə etmişik. Onların hər səfərlərində də azad olunmuş ərazilərimizə Quran-i Kərimin gətirildiyinin şahidi olmuşuq. Birinci vitse-prezidnet Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə çox böyük işlər görülüb. Xüsusilə Qarabağda tarixi abidələrin bərpasə ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən dini məbədlərin qorunması və bərpası sahəsində də böyük işlər görülüb.”
C. Osmanov onu da qeyd edib ki, Bibiheybət, Təzəpir, Şamaxı Cümə məscidlərinin ən yüksək səviyyədə bərpa olunması ilə bağlı Azərbaycan dövləti tərəfindən çox böyük işlər görüb: “ Bu, onu göstərir ki, Azərbaycan multikultural və tolerantlıq mühitinin inkişaf etidyi bir ölkədir. Burada bütün dinlərə aid abidələrin, dini məbədlərin qorunması, onların yenidənqurulmaları və bərpası sistemli şəkildə həyata keçirilir.”
Nilufər Mustafaqızı, “İki sahil”