20 iyun 2022 15:10
787

USAID-in ölkəmizdəki missiya direktorunun səlahiyyət müddəti başa çatır

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Caydev Sinqxin səlahiyyət müddəti başa çatır.

“İki sahil” xəbər verir ki, USAID rəsmisi bu ayın sonunda ölkəni tərk edəcək.

O, bu vəzifəni 2018-ci ildən icra edirdi.

C.Sinqx indiyədək USAID-in Vaşinqtondakı baş ofisində, Mali, Bosniya və Hersoqovina, Yaponiya, Cənubi Sudan, Cibuti, Kenya və Əfqanıstanda müxtəlif vəzifələrdə işləyib.