23 iyun 2022 09:34
1091

VI Xəzər Sammiti keçiriləcək

VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək.

“İki sahil” xəbər verir ki, daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu ilə keçirilmişdi.

Xatırladaq ki, V Xəzər Sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Zirvə görüşündə Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran prezidentləri iştirak ediblər. Sammitin yükunlarına əsasən Xəzər dənizinin hüquqi statusu haqında Konvensiya imzalanıb.