24 iyun 2022 08:44
161

YUNESKO: Ukraynada 70 dini tikili məhv edilib

YUNESKO-nun hesablamalarına görə, hərbi əməliyyatlar zamanı Ukraynada 152 mədəniyyət obyekti qismən və ya tamamilə məhv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın saytında yer alan məlumatda deyilir.

Bunlardan 70-i dini tikili, 30-u tarixi bina, 18-i mədəniyyət evi, 15-i abidə, 12-si muzey və 7-si kitabxanadır.

Təşkilat bildirir ki, zədələnmiş obyektlərin dörddə üçü üç regionda cəmlənib: Donetsk, Xarkov və Kiyev vilayətlərində.