13 sentyabr 2026 17:13
85

Quterreş: BMT mövcud geosiyasi şərtləri əks etdirmək üçün islah olunmalıdır

BMT keçmişin reallıqlarını deyil, mövcud geosiyasi şərtləri əks etdirmək üçün islah olunmalıdır.

“İki sahil”in Hindistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Antonio Quterreş BRICS sammitinə ünvanladığı müraciətdə deyib. "Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir", - deyə o bildirib. Quterreş qeyd edib ki, "bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik".