24 iyun 2022 09:27
151

Hamadi Jebali həbs edilib

Tunisin keçmiş Baş naziri, Ənnahda Partiyasının sədri Hamadi Jebali həbs edilib.

"İki sahil" xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin Sus şəhərində avtomobildə olarkən həbs edildiyini bildirib. Bununla belə, o, keçmiş hökumət başçısına hansı ittihamın irəli sürüldüyünü deməyib.