24 iyun 2022 09:18
162

“The Lancet”: Vaksin milyonlarla insanın həyatda qalmasına səbəb olub

Koronavirus əleyhinə vaksinlər 20 milyonadək insanın həyatda qalmasına səbəb olub.

"İki sahil" xəbər verir ki, bu barədə “The Lancet” jurnalında dərc olunmuş elmi məqalədə deyilir.

Araşdırma 185 ölkədə 8 dekabr 2021-ci ilədək olan dövrü əhatə edir. Müəlliflər Covid-19-dan birbaşa və dolayı ölümləri təhlil edərək müəyyən nəticəyə gəliblər. Tədqiqat zamanı ölkələrin çoxillik statistikası da tutuşdurulub.

Məqalə müəllifləri siyahıya Çini daxil etməyiblər. Buna səbəb əhalinin çoxluğu ilə yanaşı, karantin tədbirlərinin sərtliyi olub.