24 iyun 2022 09:31
170

Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana səfər ediblər

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər. Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərin məqsədi Zəngilan rayonunda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olmaqdır.

"İki sahil" xəbər verir ki, sayca 4-cü olan birgə səfərin ünvanı Zəngilan rayonudur. Təşkil olunan səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist də iştirak edir.