24 iyun 2022 13:48
700

Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır – Lavrov

Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

"Bu gün Ceyhun Bayramovla əməkdaşlıq barədə məhsuldar danışıqlar keçirdik. Fevralda əməkdaşlığımızın onsuz da yüksək olan səviyyəsi hüquqi cəhətdən rəsmiləşdirildi. Ölkələrimiz arasında təmaslar ən yüksək səviyyədə daim reallaşdırılır. Ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar - rekord səviyyədədir", - deyə o bildirib.