Biz Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiyanın rolunu qiymətləndiririk.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb. O, bunun ABŞ-ın təşəbbüsü ilə baş verdiyini vurğulayıb.